"Qəbələ" Azərbaycan kubokunun finalına vəsiqə qazanıb

21:59 27.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan kubokunda ikinci finalçı da müəyyənləşib.

Hafta.az xəbər verir ki, yarımfinalın digər cavab matçında "Qəbələ" "Səbail"in qonağı olub. "Qəbələ" bu oyunda 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Beləliklə, Elmar Baxşıyevin komandası iyunun 3-ü oynanılacaq finalda "Neftçi" ilə qarşılaşacaq.

27 aprel

"Səbail" - "Qəbələ" - 0:1 
Qol: İsnik Alimi, 49-pen.

Qırmızı vərəqələr: Vüqar Həsənov, 57, Qustavo Fransa, 90+2, Adil Nağıyev, 90+4  (hər üçü "Səbail")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
"ASCO Arena"
İlk oyun - 2:3

26 aprel

"Neftçi" - "Turan Tovuz"  - 2:0 

İlk oyun - 0:1